featured-image-75235

Müdafiəçi Trent Aleksander-Arnold yay transfer pəncərəsində “Real”dan ayrıla bilər.

Msport.az xəbər verir ki, ingilis futbolçu “Los Blancos”da təsir bağışlaya bilmədiyi üçün doğma klubuna qayıtmağı düşünməyə məcbur olub.

Trent karyerasına başladığı “Liverpul”a qayıtmaq istəyir. Aleksandr-Arnold 2025-ci ilin yayında Madrid klubu ilə 10 milyon avroluq müqavilə imzalayıb və müqaviləsi 2031-ci ilin iyun ayına qədərdir. Bu mövsüm müdafiəçi “Real Madrid””də bütün yarışlarda 14 oyuna çıxıb və iki məhsuldar ötürmə edib.

2016-cı ildən bəri müdafiəçi “Liverpul”da oynayıb və İngiltərə Premyer Liqası və UEFA Çempionlar Liqası da daxil olmaqla doqquz kubok qazanıb. Transfermarkt onu 70 milyon avro dəyərində qiymətləndirir.

Bənzər xəbərlər