Aleksey İsayev: “Davam etmək lazımdır”
“Hər şey yaxşıdır, amma davam etmək lazımdır”.
Msport.az xəbər verir ki, bunu “Sabah”ın futbolçusu Aleksey İsayev UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuata açıqlama verib.
Aleksey İsayev “KuPS”u 2:0 hesabı ilə məğlub etdikləri səfər oyununun çətin keçdiyini bildirib: “İlk hissədə meydana öyrəşməyə çalışırdıq. Düzünü desək, ilk hissədə bir az alınmadı. Fasilədə baş məşqçimiz tövsiyələrini verdi. İkinci hissədə toparlandıq. Qol epizodu yaratdıq və yararlandıq. Öz futbolumuzu oynamağa başladıq. İndi növbəti rəqibimizi gözləyirik. Klub tarixində ilk addımımızı atmışıq. Hər şey yaxşıdır, amma davam etmək lazımdır. Bizi həm burada, həm də ev oyununda dəstəkləyən bütün azarkeşlərə təşəkkür edirəm. Sizləri çox istəyir və dəstəyiniz üçün təşəkkür edirik”.
Qeyd edək ki, “Sabah” iki oyunun nəticəsinə əsasən UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinə vəsiqə qazanıb.







