featured-image-84391

“Arsenal” təcrübəli qapıçısı David Rayanın gələcəyini komandaya bağlamaq üçün onunla yeni müqavilə danışıqlarına başlamağa hazırlaşır.

Msport.az xəbər verir ki, London təmsilçisi bu addımla “Real” və “Barselona”nın ispaniyalı qolkiperə olan potensial marağının qarşısını almağı hədəfləyib.

30 yaşlı qapıçı bir qədər əvvəl verdiyi müsahibəsində gələcəkdə İspaniyaya qayıtmaq və La Liqada oynamaq istədiyini etiraf etmişdi.

“Arsenal” rəhbərliyi isə aparıcı qolkiperini komandada saxlamaqda son dərəcə qərarlıdır.

Bənzər xəbərlər