Dünya nəhənglərinin istədiyi isveçli
“Barselona” və “Yuventus” eyni oyunçu ilə maraqlanır.
Msport.az xəbər verir ki, tərəflər “Tottenhem”in gənc yarımmüdafiəçisi Lukas Berqvallı transfer etmək istəyirlər.
Futbolçu Avropanın bir neçə böyük klubunun diqqət mərkəzinə düşüb. “Napoli” də isveçli futbolçunun çıxışını yaxından izləyir.
İtaliya klubları Berqvallı transfer etmək üçün icarə variantını nəzərdən keçirirlər. Lakin futbolçunun gələcəyi və “Tottenhem”in mümkün təkliflərə münasibəti hələlik məlum deyil.







