featured-image-75130

“Milan” İtaliya çempionatında son 23 oyunda məğlub olmayıb.

Msport.az xəbər verir ki, Massimiliano Alleqrinin komandası Stefano Pioli dövrünün nailiyyətinə bir addım qalıb.

Piolinin “Milan”ı vaxtilə İtaliya A Seriyasında ardıcıl 24 oyunda məğlub olmayıb. Pioli keçiləcəyi halda, sıradakı rəqib 1990-cı illərdə “Milan”la 27 məğlubiyyətsiz oyun keçirən Fabio Kapello olacaq.

Lakin Alleqrinin rekord reallaşdırması çox çətin olacaq, çünki bu göstəricidə lider bir vaxtlar A Seriyasında 58 məğlubiyyətsiz oyun keçirən Arriqo Sakkidir.

Qeyd edək ki, “Milan” sonuncu dəfə A Seriyasında ötən il 23 avqustda “Kremoneze”yə yenilib. Alleqrinin komandası hazırda İtaliya çempionatının turnir cədvəlində ikinci yerdədir.

Bənzər xəbərlər