featured-image-1641

Bu gün “Neftçi”nin mərhum baş məşqçisi Böyükağa Hacıyevin 64 yaşı tamam olacaqdı. Azərbaycan futbolunda böyük iz qoyan “Zəif”in hər açıqlaması, müsahibəsi olaya çevrilirdi. Onun millinin sabiq baş məşqçisi Berti Foqts, Mirça Rednik, Kaxaber Tsxadadze ilə qalmaqallarını unutmaq olmaz. Onun ATV kanalının efirində səsləndirdiyi “Almaniya, Almaniya” sözləri də bir  zamanlar dillər əzbəri olmuşdu.

Msport.az Böyükağa Hacıyevin unudulmayacaq bir neçə məşhur sitatını yenidən yada salır:

  1. Milli komandamız Xorvatiyaya 0:6 uduzduqdan sonra – “Bu millini kotanın altına atmaq lazımdır”.
  2. Berti Foqtsun millinin gələcəyi ilə bağlı fikirinə münasibəti – Onun 67 yaşı var. Bəyəm hələ də gələcək axtarır?
  3. Naxçıvanda iki futbolçu tanıyırlar. Bunlar Pele və Böyükağa Hacıyevdir.
  4.  Mourinyo ilə müqayisə olunmağım normal haldır. Amma onda müəyyən çatışmazlıqlar var. Mən futbol oynamışam, o isə yox.
  5. Gəray Qarayevi dinləyəndə ürəyim bulanır. Vaxtilə stadiona gübrə verib, indi gəlib futboldan danışır.
  6. Rednik mənimlə oyuna nənəsini çıxardı. Mənim babam isə sonradan çox insafsız olub ona 5 dənə vurdu.
  7. Fərid Quliyev “Standard”da bombardir olduqdan sonra mənə yaxınlaşdı ki, Böyük müəllim, yenə bombardir olmaq istəyirəm. Dedim Fərid, bəzən həyatda təsadüflər də olur.
  8. Biz sabah qəlbimizdə olan türk bayrağı ilə meydana çıxacağıq. Və mən APOEL-in 20 min azarkeşini “Neftçi”li edəcəyəm.
  9. Gördüm Aleksandr Starkov mənim oyunuma baxıb qeyd götürür, məni görəndə isə kağızı gizlədir. Dedim “brat, bu, hələ başlanğıcdır, kino çempionatda olacaq”.
  10. “Neftçi” bu gün İtaliya “İnter”inə uduzub. Fələstinə, Hindistana uduzmamışam ki, məni tənqid edəsiniz.
  11. Standard”a məğlubiyyətdən sonra “Bakı”nın baş məşqçisi postundan qaçış cığırında istefa vermişəm.
  12. Soyadım Hacıyev yox, Hacıyevski olsaydı, məni alqışlayardınız.
  13. Mən ancaq əcnəbi məşqçiləri diz çökdürmək üçün yaşayıram.

Bənzər xəbərlər