featured-image-56545

Batut gimnastikası üzrə Azərbaycan millisi Almaniyanın Kotbus şəhərində keçirilən “GymCity Open” beynəlxalq yarışında uğurla çıxış ediblər.

Azərbaycan Gimnastika Federasiyasından (AGF) Msport.az-a verilən məlumata görə, yığma üzvləri sinxron proqramda 1-ci və 2-ci yerin sahibi olublar.

Yeniyetmələr arasında Əli Niftəliyev və Ammar Baxşalıyev, böyüklərdə isə Hüseyn Abbasov ilə Nicat Mirzəyev fərqləniblər.

Bənzər xəbərlər