featured-image-32084

Ötən mövsümün sonunda “Şamaxı”dan ayrılan Amil Yunanovun yeni klubu bəlli olub.

Bu barədə Msport.az saytına açıqlamasında 30 yaşlı hücumçu özü məlumat verib.

Təcrübəli futbolçu “Səbail”lə 1 illik müqavilə imzalayıb. Transfer yaxın vaxtlarda rəsmən açıqlanacaq.

Qeyd edək ki, Amil Yunanov 2020-21 mövsümündə “Səbail”in formasını geyinib. O, “Şamaxı”ya iki il əvvəl məhz “Səbail”dən keçib.

Bənzər xəbərlər