Ançelotti Braziliya millisində qalır
Karlo Ançelotti Braziliya millisinin baş məşqçisi kimi fəaliyyətini davam etdirəcək.
Msport.az xəbər verir ki, pentokampeonlar dünya çempionatında uğursuz çıxış etsələr də, Braziliya Futbol Konfederasiyası italiyalı mütəxəssisi iş başında saxlayıb.
İnsayder Fabritsio Romanonun yazdığına görə, federasiya və Ançelotti əməkdaşlığı davam etdirmək qərarı veriblər,
Milli komandanı növbəti mundiala məhz Ançelotti hazırlaşdıracaq.
Xatırladaq ki, Braziliya DÇ-2026-da 1/8 final mərhələsində Norveçə uduzub – 1:2.







