Andrade "Qarabağ"da qalmağa razılıq verdi - 3 illik müqavilə bağlayacaq
“Qarabağ” nəhayət ki, Patrik Andradeni klubda qalmağa razı sala bilib.
Msport.az xəbər verir ki, Kabo-Verde millisinin üzvü yaxşı təkliflər aldığından Ağdam klubu ilə müqaviləni yeniləməyi tələsmirdi. Dayaq yarımmüdafiəçisi yalnız maaşının artmasına nail olduqdan sonra komandada qalmağa razılıq verib.
Andradenin yaxın günlərdə 3 illik müqaviləyə imza atdığı elan olunacaq.
Xatırladaq ki, 29 yaşlı futbolçu 2020-ci ildə Bolqarıstanın “Çernomore” klubundan heyətə cəlb olunmuşdu.
Andrade ötən mövsüm Azərbaycan Premyer Liqasında 23 oyunda 3 qol vurub. O, UEFA Konfrans Liqasında 13 matçda meydana çıxıb 1 qol vurub və 2 məhsuldar ötürmə verib.