Anrinin antirekordu təkrarlandı
PSJ-nin gürcü vingeri Xviça Kvaratsxeliya Çempionlar Liqası pley-off mərhələsinin ilk oyununda “Monako”nun qapısına 8 zərbə endirsə də, heç biri dəqiq olmayıb.
Msport.az xəbər verir ki, bununla Çempionlar Liqasının antirekordu təkrarlanıb.
Bundan əvvəl Tyerri Anri ÇL-də iki dəfə eyni sayda qeyri-dəqiq zərbə ilə yadda qalıb (2004-cü ildə “Çelsi”yə və 2006-cı ildə MOİK-ə qarşı).
“Monako” və PSJ arasında oyun ötən gün baş tutub və parislilərin 3:2 hesablı qələbəsi ilə nəticələnib. Cavab matçı fevralın 25-də keçiriləcək.







