featured-image-31572

“Səbail”i tərk edən Emil Balayev “Neftçi” ilə razılığa gəlib. Yaxın vaxtlarda “ağ-qaralar” bu transferi rəsmən açıqlayacaq. Üstəlik, heyətdə İvan Brkiç və Aqil Məmmədov da var.

Xorvatiyalı qolkiper ötən mövsüm paytaxt klubunun əsas qapıçısı oldu. Məmmədov isə daha çox ehtiyatda qaldı. Bundan sonra Brkiç əsas həyətdə Emil Balayevlə 1-ci olmaq uğrunda rəqabət aparacaq. Bəs Aqil?

Msport.az-ın əldə etdiyi məlumata görə, 34 yaşlı qolkiper “Neftçi”də qalmayacaq. Əslən Naxçıvandan olan futbolçu karyerasını “Araz Naxçıvan”da davam etdirməyə razılıq verib. Naxçıvan təmsilçisinin Premyer Liqada iştirakı rəsmiləşən kimi o, rəsmi müqaviləyə imza atacaq.

AYXAN 

Bənzər xəbərlər