Arauxo “Atletiko”ya keçə bilər
“Atletiko” “Barselona”nın futbolçusu Ronald Arauxonu heyətinə qatmaq istəyir.
Msport.az xəbər verir ki, Madrid təmsilçisinin baş məşqçisi Dieqo Simeone 27 yaşlı müdafiəçini yaxından izləyir.
Oyunçunun hücumçu Xulian Alvaresin “Barselona”ya keçidində birbaşa və ya dolayı yolla iştirakı mümkündür.
Qeyd edək ki, Ronald Arauxonun “Barselona” ilə 2031-ci ilin yayınadək müqaviləsi var.







