"Araz Naxçıvan" bir müddət ev oyunlarını Bakıda keçirə bilər
Gələn mövsüm Premyer Liqada iştirakı rəsmiləşən “Araz Naxçıvan”ın stadionla bağlı ciddi problemləri var. Naxçıvandakı arenanın ot örtüyü dəyişdirilib, sintetika ilə əvəzlənməlidir. Bundan başqa, işıqlandırma sistemində də böyük qüsurlar var.
Peşəkar Futbol Liqası debütant komandaya yeni mövsümün startına kimi problemləri aradan qaldırmaq üçün vaxt verib.
Lakin Msport.az-ın əldə etdiyi məlumata görə, arena ilə bağlı dəyişiklər böyük vəsait tələb edir. Bu səbəbdən də “Araz Naxçıvan” çempionat başlayana kimi bu boşluqları aradan qaldıra bilməyəcək. Naxçıvan təmsilçisi böyük ehtimalla mövsümün əvvəlində ev oyunlarını Bakıda – “Dalğa Arena”da keçirəcək.
Qeyd edək ki, ötən mövsümün əvvəlində “Kəpəz” də rəqiblərini adıçəkilən stadionda qəbul edirdi. Gəncə klubu sonradan Qəbələyə üz tutdu.
AYXAN







