"Araz- Naxçıvan" braziliyalı futbolçunu komandada saxladı - RƏSMİ
Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” Bruno Franko ilə yeni müqavilə imzalayıb.
Msport.az xəbər verir ki, cinah müdafiəçisi daha 1 il Naxçıvan təmsilçisinin heyətində çıxış edəcək, Braziliyalı futbolçu ötən mövsüm bütün turnirlərdə 27 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə verib.







