“Araz-Naxçıvan”da xorvatiyalı qapıçı
UEFA Çempionlar Liqasında iştirak edəcək “Araz-Naxçıvan” bugündən hazırlığa start verib.
Msport.az xəbər verir ki, futzal üzrə ölkə çempionu, paralel olaraq heyətini də gücləndirmək istiqamətində çalışır.
Baş məşqçi Vitali Borisovun istəyi ilə yeni qapıçı transfer olunub. Xorvatiya millisinin də üzvü olan Luka Pavloviç qarşıdakı bir il ərzində “Araz-Naxçıvan”ın uğurları üçün çalışacaq.
25 yaşlı qolkiperin son klubu AFC Universitas Split klubu olub.