"Araz-Naxçıvan" daha bir legionerlə anlaşdı - RƏSMİ
Növbəti mövsümə hazırlaşan “Araz-Naxçıvan” daha bir transferini reallaşdırıb.
Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, debütant Miço Kuzmanoviçlə müqavilə bağlayıb.
Bosniya və herseqovinalı futbolçu karyerası ərzində vətənində “Modriça Maxima”, “Zvijezda”, “Banja Luka”, “Drina Zvornik”, “Mladost Kakanj”, “Sarayevo” klublarının formasını geyinib.
27 yaşlı yarımmüdafiəçi müxtəlif illərdə Serbiyanın “Yaqodina”, Belçikanın “Muskron”, Sloveniyanın “Rudar Velenje” və “Çelye” klublarının heyətində çıxış edib. O, Sol ötən mövsümü “Tuzla Sity”də keçirib. Kuzmanoviçlə bir illik müqavilə bağlanıb.







