"Araz-Naxçıvan"dan daha bir transfer - RƏSMİ
“Zirə”dən ayrılan Rövlan Muradovun yeni komandası məlum olub.
Msport.az xəbər verir ki, 28 yaşlı futbolçu karyerasını “Araz-Naxçıvan”da davam etdirəcək. Yarımmüdafiəçi 1 illik müqaviləyə imza atıb.
O, ötən mövsüm “Zirə”nin heyətində 13 oyunda meydana çıxıb.
Qəbələ” klubunun yetirməsi olan futbolçu müxtəlif illərdə Çexiya “Slaviya”sının B, “Qarabağ”ın U-19, “Qəbələ”, “Sumqayıt” və “Zirə” komandalarının formasını geyinib. Futbolçu Azərbaycanın U-19 və U-21 millilərinin də heyətində çıxış edib.







