featured-image-19197

Futzal üzrə Yüksək Liqada qış fasiləsinə turnir cədvəlinin zirvəsində yollanan “Araz Naxçıvan” heyətini gücləndirmək istiqamətində işlər görür.

Msport.az xəbər verir ki, son çempion 6 futzalçı ilə anlaşıb.

Yayda Belçikanın “Gent Beşiktaş” klubuna keçən Xətai Bağırov və İsa Atayev yenidən “Araz Naxçıvan”ın düşərgəsinə dönüb. Cari mövsümün ilk iki dövrəsini “Neftçi” İK-da keçirən qapıçı Emin Kürdov da bundan sonra Joze Alesio Da Silvanın rəhbərliyi altında çıxış edəcək. Ötən mövsüm U-19-un formasını geyinən, yayda isə Birinci Liqanın debütantı “Şamaxı”da çıxış edən Novruz Kazıxanov da “Araz Naxçıvan”a pənah gətirib. Milli komandanın üzvü Amadeu son çempionun yeni transferlərindəndir. Braziliyalı Nata Felipe De Moraes qışdan sonra təmsilçimizdə “stolb” kimi çıxış edəcək.

Qeyd edək ki, “Araz Naxçıvan” noyabrda Vitao, Vitinyo, Mikael Deon, David Qustavo, Pedro Torres və Sinesio ilə yollarını ayırıb.

Bənzər xəbərlər