“Araz-Naxçıvan” ev oyunlarını Qəbələdə keçirəcək
“Araz-Naxçıvan” Azərbaycan Premyer Liqasının 2026/2027 mövsümündə rəqiblərini Qəbələ şəhər stadionunda qəbul edəcək.
Msport.az xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, “Araz-Naxçıvan” daha əvvəl oyunlarını Mərdəkanda yerləşən “Liv Bona Dea Arena”da keçirirdi.







