“Araz-Naxçıvan” “İmişli” ilə bərabərə qaldı
Araz-Naxçıvan” və “İmişli” komandaları yoxlama oyununda üz-üzə gəliblər.
Msport.az xəbər verir ki, Bakı Olimpiya stadionunun köməkçi meydanında keçirilən görüş 2:2 hesabı ilə başa çatıb.
“Araz-Naxçıvan”ın heyətində Mara və Ceyhun Nuriyev fərqlənib.
“İmişli”nin qollarını İdris İnqlablı və Seyxan Fərəcov vurub.







