“Araz-Naxçıvan”ın futbolçusu əməliyyat olundu
“Araz-Naxçıvan”ın əvəzedici heyətindən əsas komandaya cəlb edilən İbrahim Piriyev əməliyyat olunub.
Msport.az xəbər verir ki, o, İstanbul şəhərindəki Türkiyə xəstəxanasında qasıq yırtığından əməliyyat keçirib.
Tanınmış həkim Hasan Taşçı tərəfindən uğurla icra edilən əməliyyatdan sonra bu gün evə buraxılan yarımmüdafiəçi 3 həftə sonra məşqlərə başlayacaq.







