featured-image-53057

“Araz-Naxçıvan” bu gün futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində ikinci matçına çıxacaq.

Msport.az xəbər verir ki, Vitali Borisovun baş məşqçisi olduğu komanda B qrupunda Estoniya çempionu “Sillamae Silla” ilə üz-üzə gələcək.

İsveçin Uddevalla şəhərində gerçəkləşəcək görüşün start fiti Bakı vaxtı ilə saat 18:00-da səsləndiriləcək.

Qeyd edək ki, ilk oyunda Şimali İrlandiya təmsilçisi “Sparta Belfast”ı 7:1 hesabı ilə məğlub edən Vitali Borisovun baş məşqçisi olduğu kollektiv avqustun 24-də İsveçin “Uddevalla” klubu ilə qarşılaşacaq. Yalnız qrup liderləri əsas mərhələyə vəsiqə qazanacaq.

Bənzər xəbərlər