featured-image-53195

Azərbaycanı futzal üzrə UEFA Çempionlar Liqasında təmsil edən “Araz-Naxçıvan” klubu bu gün turnirin ilkin mərhələsində sonuncu matçını keçirəcək.

Msport.az xəbər verir ki, B qrupunda yer alan komanda İsveçin “Uddevalla” klubu ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Qeyd edək ki, Vitalo Borisovun baş məşqçisi olduğu klub ilk qarşılaşmada Şimali İrlandiya təmsilçisi “Sparta Belfast”ı 7:1, Estoniya çempionu “Sillamae Silla”ya isə 7:0 hesabı ilə qalib gəlib.

Bənzər xəbərlər