featured-image-68632

Çempionlar Liqasının ilkin mərhələsində mübarizə aparacaq “Araz-Naxçıvan” futzal klubu iştirak ərizəsini UEFA-ya göndərib.

Msport.az xəbər verir ki, siyahıda 2-si qapıçı olmaqla ümumilikdə 14 futzalçı yer alıb:

Qapıçılar: 1. Emin Kürdov, 12. Rövşən Hüseynli

Oyunçular: 7. Xəzər Ağalızadə, 20. Ədalət Ələkbərov, 8. Ülvi Əliyev, 6. Mirzə Əmirov, 21. Filipinyo, 98. Karlos Bertuola, 10. Perruzo, 49. Covanni, 3. Qüdrət Qasımzadə, 29. Luicci Lonqo, 9. Alleks Rezende, 15. Aleks Teyşeyra

Qeyd edək ki, Azərbaycan təmsilçisi avqustun 27-də “Sparta Belfast”la (Şimali İrandiya), 28-də “PYF Saltires”lə (Şotlandiya), 30-da isə “Ljuti Krajişniçi” ilə (Avstriya) qarşılaşacaq. Görüşlər Avstriyanın Linz şəhərində keçiriləcək.

Bənzər xəbərlər