"Araz-Naxçıvan" kapitanı ilə yollarını ayırdı - RƏSMİ
“Araz-Naxçıvan” futbolçu Urfan Abbasovla başa çatan müqaviləni yeniləməyib.
Msport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
33 yaşlı müdafiəçi 2024-cü ilin yayından “Araz Naxçıvan”da çıxış edirdi. O, ötən mövsüm Azərbaycan Premyer Liqasında 23 oyunda meydana çıxıb və 3 məhsuldar ötürmə verib.







