Batrakovun müqaviləsi dəyişilir
“Qalatasaray” “Ştutqart”la matçda fərqlənən
“Qalatasaray” rəhbərliyi komandanın UEFA Çempionlar Liqasının liqa mərhələsinin IV turunda “Ştutqart”la matçda fərqlənən yarımmüdafiəçisi Aleksey Batrakovla müqavilədəki əsas bəndi dəyişdirmək qərarına gəlib.
Msport.az xəbər verir ki, “Qalatasaray” rəhbərliyi Batrakovla müqavilədəki 55 milyon avroluq sərbəst buraxılış bəndini ya çıxarmaq, ya da məbləği artırmaq istəyir.
Oyunçunun nümayəndələrinin danışıqlar aparmaq barədə razılığa gəldiyi bildirilir.
Qeyd edək ki, “Qalatasaray” “Ştutqart”ı Batrakovun vurduğu 2 qol sayəsində 2:0 hesabı ilə məğlub edib. O, bununla “Qalatasaray” tarixində Çempionlar Liqasının matçlarında ardıcıl üç qol vuran ilk yarımmüdafiəçi olub.







