featured-image-84469

Özbəkistan millisinin baş məşqçisi Fabio Kannavaro vəzifəsindən ayrılmağı nəzərdən keçirir.

Msport.az xəbər verir ki, italiyalı mütəxəssisin mümkün istefası Asiya Kubokunun keçirilmə tarixinin dəyişdirilməsi ilə bağlıdır.

Əvvəlcə turnirin 2027-ci il yanvarın 7-dən fevralın 5-dək Səudiyyə Ərəbistanında təşkili nəzərdə tutulurdu. Lakin Yaxın Şərqdəki vəziyyətlə əlaqədar yarış təxirə salınıb. Yeni təqvimə əsasən, Asiya Kuboku 2027-ci il dekabrın 23-dən 2028-ci il yanvarın 21-dək keçiriləcək.

Kannavaro 2025-ci ilin oktyabrından Özbəkistan millisinə rəhbərlik edir. Onun baş məşqçiliyi dövründə komanda 2026-cı il dünya çempionatında iştirak edib.

Özbəkistan yığması mundialda Portuqaliya, Kolumbiya və Konqo Demokratik Respublikası ilə eyni qrupda mübarizə aparıb. Komanda hər üç görüşdə məğlub olaraq turniri xalsız başa vurub.

Bənzər xəbərlər