“Araz- Naxçıvan” Kiyev “Dinamo”sunun sabiq oyunçusunu transfer etdi
Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.
Msport.az xəbər verir ki, Premyer Liqanın debütantı Mohammed Kadiri ilə 1 illik müqavilə imzalayıb. Qanalı dayaq yarımmüdafiəçisi karyerasına “Aşanti Qold” klubunda başlayıb. Daha sonra vətənindən Avstriyanın eyniadlı komandasına transfer olunan 27 yaşlı futbolçu Rusiyanın “Arsenal Tula” komandasında da çıxış edib.
Onu daha çox məşhurlaşdıran isə Kiyev “Dinamo”sundakı oyunları olub. O, Ukraynada “Çernomorets”in heyətində də yer alıb. Yarımmüdafiəçi Macarıstanın “Honved” klubunun da formasını geyinib.
Qeyd edək ki, Kadiri son rəsmi oyununu ötən ilin aprelində “Honved”in heyətində keçirib.







