“Araz-Naxçıvan” konqolu futbolçu transfer etdi
“Araz-Naxçıvan” transfer çalışmalarını davam etdirir.
Msport.az xəbər verir ki, Naxçıvan təmsilçisi bu dəfə Elvis Maşike ilə 1 illik müqavilə imzalayıb. Bu gün Bakıya gələn konqolu yarımmüdafiəçi mərkəz hücumçusu kimi də çıxış edə bilir. O, tibbi müayinədən keçib və komandaya qoşulub.
Qeyd edək ki, 186 sm boya malik futbolçu son olaraq Maltanın “Xamrun Spartan” klubunda oynayıb. Buna qədər isə müxtəlif illərdə Çexiya və Slovakiyanın “Jilina”, “Seniça”, “Slovan”, “Viktoriya”, “Visehrad”, “Zvolen”, “Çeçka”, “Loko Vltavin”, “Sered”, “Banik Ruzina” komandalarında çıxış edib.







