“Araz-Naxçıvan” milli ilə qarşılaşacaq
“Araz-Naxçıvan” futzal klubu UEFA Çempionlar Liqasının əsas mərhələsində keçirəcəyi görüşlərə hazırlıq çərçivəsində Azərbaycan millisi ilə yoxlama matçında qüvvəsini sınayacaq.
Msport.az xəbər verir ki, bu barədə “Araz-Naxçıvan”ın baş məşqçisi Yevgeni Kukseviç məlumat verib.
Onun sözlərinə görə, həmin matçlar qrup oyunlarının təşkil olunacağı Rumıniyaya yollanmamışdan əvvəl baş tutacaq.
Qeyd edək ki, “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasının əsas mərhələsində yer aldığı VII qrupda “Yunayted Qalati” (Rumıniya), “Differdanje 03” (Lüksemburq) və “Tigers Roermond”la (Niderland) mübarizə aparacaq. Azərbaycan təmsilçisi əsas mərhələdə ilk matçını oktyabrın 29-da Rumıniya klubuna qarşı keçirəcək.