“Araz Naxçıvan” millinin üzvü ilə anlaşdı
Futzal üzrə ölkə çempionu “Araz Naxçıvan” bu dəfə Özbəkistan millisinin üzvü ilə anlaşıb.
Msport.az xəbər verir ki, 25 yaşlı Husniddin Nişonovun ampluası hücumçudur. Ölkəsinin BMB klubunda çıxış edən futzalçı icarə əsasında komandamıza UEFA Çempionlar Liqasının ilkin mərhələsinin oyunları zaman kömək edəcək. O, yeni komandasına avqutsun 5-də yeni komandasına qoşulacaq.
Qeyd edək ki, “Araz-Naxçıvan” yay fasiləsi zamanı legionerlərdən braziliyalı Erik Dannilo, serb Ninoslav Aleksiç və xorvat qapıçı Luka Pavloviçlə anlaşıb.