Arbeloa Premyer Liqa klubunun baş məşqçisi təyin olundu
“Fulhem” Alvaro Arbeloanın baş məşqçi postuna təyin olunduğunu açıqlayıb.
Msport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytındakı məlumatda bildirilib.
43 yaşlı mütəxəssis 2029-cu ilin yayına qədər qüvvədə olacaq üçillik müqaviləyə razılaşıb.
Qeyd edək ki, “Fulhem” İngiltərə Premyer Liqasının ötən mövsümünü 11-ci pillədə başa vurub.







