Argentina millisi cəzalandırıla bilər
DÇ-2026-nın yarımfinalında keçirilən İngiltərə – Argentina matçından sonra qalmaqala səbəb olan anlar yaşanıb.
Msport.az xəbər verir ki, İngiltərəni 2:1 hesabı ilə məğlub edərək finala yüksələn Argentina millisinin futbolçuları oyundan sonra qələbəni üzərində “Malvin adaları Argentinanındır” yazılmış bannerlə qeyd ediblər.
FIFA-nın siyasi məzmunlu bannerlərlə bağlı qaydalarına görə, bu addım Argentina millisi üçün sanksiya riski yarada bilər.
Bildirilib ki, banner əvvəlcə tribunada nümayiş etdirilib, daha sonra isə futbolçular Covani Lo Selso və Nikolas Otamendinin əlinə keçib.
Böyük Britaniyanın biznes və ticarət üzrə naziri Piter Kayl isə BBC-yə açıqlamasında FİFA-nı hadisəni araşdırmağa çağırıb.
Qeyd edək ki, uzun illərdir Argentina və Böyük Britaniya arasında Malvin (Folkland) adaları ilə bağlı ərazi mübahisəsi davam edir.







