featured-image-75438

İspaniyanın La Liqa təmsilçilərindən olan “Valensiya” sağ cinah müdafiəçisi Rentso Saraviyanı azad agent qismində sıralarına cəlb edib.

Msport.az xəbər verir ki, argentinalı futbolçu müddəti cari mövsümün sonunadək nəzərdə tutulan müqaviləyə imza atıb.

32 yaşlı Rentso ağır zədə alaraq uzun müddətə sıradan çıxan Dimitri Fulkyenin yerinin boş qalmaması üçün heyətə qatılıb.

Karyerası ərzində “Atletiko Mineyro”, “Botafoqo”, “İnternasional”, “Rasinq”, “Belqrano” və “Portu” kimi klublarda top qovmuş Saraviya Argentina millisinin də formasını geyinib.

Bənzər xəbərlər