Argentinadan möhtəşəm geridönüş
DÇ-2026-da 2-ci finalçının da adına aydınlıq gəlib.
Msport.az xəbər verir ki, “Atlanta Stadium”da son çempion Argentina İngiltərə ilə üz-üzə gəlib.
Leo Messinin komandası geridönüş edərək 0:1 uduzduqları oyunda qələbə qazanıblar – 2:1. Messi bu oyunda iki məhsuldar ötürmə ilə yadda qalıb.
DÇ-2026-nın finalında Argentina İspaniya ilə qarşılaşacaq.
3-cü yer uğrunda görüş isə Fransa və İngiltərə arasında keçiriləcək.
Qeyd edək ki, həlledici oyun iyulun 19-da keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
DÇ-2026, yarımfinal
15 iyul
23:00. İngiltərə – Argentina – 1:2
Qollar: Entoni Qordon, 55 (1:0), Enzo Fernandeş, 85 (1:1), Lautaro Martinez, 90+2 (1:2)
14 iyul
Fransa – İspaniya – 0:2







