Argentinalı hücumçu hansı klubumuza keçir? - Meksika mətbuatı açıqladı
Meksikanın “Krus Asul” komandsında çıxış edən Auqusto Lottinin danışıq apardığı Azərbaycan klubu bəlli olub.
Msport.az yerli mətbuata istinadən xəbər verir ki, argentinalı hücumçu “Neftçi”nin maraq dairəsindədir.
27 yaşlı forvard “ağ-qaralar”la yanaşı, Yunanıstan “Volos”unun da diqqət mərkəzindədir.
Qeyd edək ki, Auqusto Lottinin “Krus Asul”la müqaviləsi 2026-cı ilin sonuna qədərdir.







