Arif Əsədovdan "Səbail" və mükafat açıqlaması
Azərbaycan millisinin məqçisi Arif Əsədov “Səbail”in baş məşqçi postuna namizəd olması barədə xəbərlərə münasibət bildirib.
52 yaşlı mütəxəssis Msport.az saytına açıqlamasında informasiyanı təkzib edib.
O deyib: “Xeyr, yanlış məlumatdır. Millidə görüləsi işlərimiz var”.
Əsədov milli üzvlərinin son qələbələrdən sonra mükafat almaması ilə bağlı iddialara da toxunub: “Təəssüf ki, bu sual mənə aid olmadığı üçün cavab verə bilməyəcəm”.