"Aris" Tiflis "Dinamo"sundan güclü deyil" - Samir Abasov
“Neftçi”nin sabiq baş məşqçisi Samir Abasov “ağ-qaralar”ın heyətində olan futbolçuların “Aris”in oyunçularından qat-qar üstün olduqlarını deyib.
Msport.az xəbər verir ki, 44 yaşlı mütəxəssis paytaxt klubunun növbəti mərhələyə keçmək şansının olduğunu bildirib:
“Aris” Tiflis “Dinamo”sundan güclü deyil. Ötən il 12 futbolçu ilə “Dinamo” ilə oyuna hazırlaşırdıq. Çempionlar Liqasına hazırlaşan klubun rəhbərliyi bir dəfə demədi ki, yeni transferlər lazımdı, toplanışı daha yüksək səviyyədə keçirmək üçün nə edək?
Eşitdiyimə görə, Regekampf məşqlərdən çəkiliş etməyə də icazə verməyib. Halbuki bizim vaxtımızda məşqlər “Neftçi TV”də yayımlanırdı. Buna baxmayaraq, ilk mərhələni adlaya bildik. Cavab görüşünə inanım var. “Neftçi”nin futbolçuları səviyyə baxımından “Aris”in oyunçularından qat-qat üstündür”. (Futbol+)