featured-image-80157

“Real”, PSJ və “Barselona” “Arsenal”ın mərkəz müdafiəçisi Uilyam Saliba ilə maraqlanır.

Msport.az xəbər verir ki, “topçular” oyunçu üçün azı 150 milyon avro tələb edir.

Bu məbləğ “Barselona” üçün yüksəkdir. “Real” və PSJ daha böyük imkanlara malikdir, lakin “Arsenal” Salibanı adları çəkilən klubların heç birinə satmaq niyyətində deyil.

Ötən mövsüm 25 yaşlı Saliba bütün turnirlərdə 50 oyunda iştirak edib və həmin matçlarda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Oyunçunun klubla müqaviləsi 2030-cu ilin yayına qədər nəzərdə tutulub.

Bənzər xəbərlər