“Arsenal” transfer rekorduna hazırlaşır
“Aston Villa”nın hücumameyilli yarımmüdafiəçisi Morqan Rocers yay transfer pəncərəsində klubunu dəyişə bilər.
Msport.az xəbər verir ki, “Arsenal” 23 yaşlı futbolçunun nümayəndələri ilə danışıqlara başlayıb.
London təmsilçisi transfer prosesini yaxın günlərdə sürətləndirmək niyyətindədir. Rocersin Mikel Artetanın komandasında çıxış etməyə müsbət yanaşdığı və tərəflər arasında şəxsi müqavilə şərtləri üzrə irəliləyiş olduğu bildirilir.
Danışıqlarda əsas maneə “Aston Villa”nın tələb etdiyi məbləğdir. Birmingem klubu İngiltərə millisinin üzvünü 130 milyon funt sterlinqə buraxmağa hazırdır.
Transfer bu qiymətə reallaşarsa, Rocers “Arsenal” tarixinin ən bahalı futbolçusu olacaq. London klubunun hazırkı rekordu 2023-cü ildə “Vest Hem”dən 105 milyon funt sterlinqə alınan Deklan Raysın transferinə məxsusdur.







