"Aşağı liqada oynamaq fikrim yoxdur" - Rahid Əmirquliyev
“Onsuz da “Səbail”lə müqaviləm bitib. Amma rəhbərliklə görüşüb danışmalıyıq. Görək, nə düşünürlər. Ondan sonra nəsə demək olar”.
Bunu Msport.az saytına açıqlamasında “Səbail”in futbolçusu Rahid Əmirquliyev deyib.
“Dənizçilər”lə müqaviləsi başa çatan təcrübəli yarımmüdafiəçi karyerasını davam etdirmək istədiyini bildirib:
“Amma bunun üçün gərək təklif olsun. Bu isə hələlik yoxdur. Çempionat yeni başa çatıb. Hələ neçə komanda olacağı bilinmir. Amma nə yalan deyim, indiki məqamda heç bir təklifim yoxdur. Ona görə də oturmuşam evdə, xeyirlisi Allahdan”.
Əmirquliyev “Təklif olsa, aşağı liqada oynayarsınız” sualına bu cür cavab verib: “Xeyr, belə bir fikrim yoxdur. Ona görə də bu cür təkliflərə ümumiyyətlə baxmıram”.
Futbolçu “Səbail”in ona yeni müqavilə edib-etməyəcəyini bilmədiyini vurğulayıb: “Ordan-burdan eşitdiyimə görə Şahin müəllim mənə iş təklif olunacağını deyib. Ona görə də rəhbərliklə görüşü gözləyirəm”.
CAHİD







