featured-image-5034

Gələn mövsüm üçün büdcəsi artırılan “Səbail” çempionata yeni məşqçilər korpusu ilə hazırlaşacaq. Heyətdə olan legionerləri yola salan Mahmud Qurbanov yeni əcnəbi futbolçularla danışıqlar aparır. Paytaxt klubu yerli oyunçu bazarında hələ ki kifayət qədər fəal olmasa da, yaxın günlərdə yeni transferlər reallaşa bilər.

Msport.az xəbər verir ki, “Səbail”in sponsorları infrastruktur məsələsinə də ciddi önəm verirlər. Artıq “ASCO Arena”da təmir işlərinə başlanılıb, süni örtüyün təbii otla əvəzlənməsi nəzərdə tutulub. Bundan başqa, klubun stadionda yerləşən bazasının da təmir olunması planlaşdırılır.

Bənzər xəbərlər