featured-image-79934

Çon Mon Qyu ölkə yığması futbol üzrə dünya çempionatının 1/16 finalına vəsiqə qazana bilmədikdən sonra bu gün Koreya Futbol Assosiasiyasının (KFA) prezidenti postundan istefa verib.

Msport.az xəbər verir ki, o, assosiasiyanın iclasından sonra istefa verib.

Turnir iyulun 19-da başa çatsa da, Çon Mon Qyu 2013-cü ilin yanvarından bəri tutduğu vəzifədən iki həftə tez istefa vermək qərarına gəlib.

KFA-nın qaydalarına əsasən, təşkilatın dörd vitse-prezidentindən biri seçkilərə qədər müvəqqəti prezident postunu tutacaq.

Daha əvvəl Cənubi Koreya yığmasının baş məşqçisi Hon Myon Bo da komanda 3 xal (bir qələbə və iki məğlubiyyət) toplayaraq A qrupunda üçüncü yeri tutduqdan və 1/16 finala vəsiqə qazana bilmədikdən sonra istefa vermişdi.

Bənzər xəbərlər