“Aston Villa” İsveçrə millisinin gənc üzvünü 60 milyon avroya transfer edir
“Aston Villa” İsveçrə millisinin 20 yaşlı hücumçusu Joan Manzambini transfer edir.
Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
İngiltərə klubu bu keçid üçün futbolçunun klubu “Frayburq”a 60 milyon avro ödəyəcək.
Manzambi dünya çempionatında 4 oyunda 3 qol vurub və 2 məhsuldar ötürmə verib. O, 2024-cü ildən “Frayburq”da çıxış edirdi.







