featured-image-80080

“Arsenal” “Aston Villa”nın yarımmüdafiəçisi Morqan Rocersin transferində ciddi addımlar atır.

Msport.az xəbər verir ki, 23 yaşlı futbolçu bu yay “topçular”ın hücum xəttini gücləndirmək üçün əsas transfer hədəfinə çevrilib.

Morqan artıq “Arsenal”la müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulan müqavilənin şəxsi şərtlərini razılaşdırıb. “Aston Villa” isə ingiltərəli futbolçusunu satmağa yalnız 117-152 milyon avro aralığında təklif gələcəyi təqdirdə razılıq verməyə hazırdır.

Morqan ötən mövsüm bütün turnirlərdə 55 oyunda meydana çıxıb, 14 qol vurub və 12 məhsuldar ötürmə verib.

Bənzər xəbərlər