featured-image-75135

“Atletiko”nun hücumçusu Xulian Alvares “Arsenal”a keçə bilərmiş.

Msport.az xəbər verir ki, “topçular” 2025-ci il klublararası dünya çempionatı zamanı argentinalı forvardı transfer etmək üçün cəhd göstərib.

London təmsilçisi onun üçün 100 milyon avro sabit məbləğ və əlavə 20 milyon avro bonus təklif edib. Ancaq Madrid klubu bu təklifi rədd edib və oyunçunu satmaqdan imtina edib.

Alvares 2024-cü ildən “Atletiko”nun formasını geyinir. Onun klubu ilə müqaviləsinin müddəti 2030-cu ilin iyununa qədərdir.

Bənzər xəbərlər