“Atletiko”da yeni müqavilə
“Atletiko” təcrübəli futbolçusu Koke ilə müqavilənin müddətini uzadıb.
Msport.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi ilə 2027-ci ilin yayına qədər anlaşma imzalanıb.
Klubun yetirməsi, eyni zamanda kapitanı olan futbolçu 2025/2026 mövsümündə 56 matçda 2 qol vurub və 3 məhsuldar ötürmə edib.
Qeyd edək ki, “Transfermarkt” portalı onun dəyərini 5 milyon avro qiymətləndirir.







