featured-image-75154

“Atletiko”nun rəhbərliyi baş məşqçi Dieqo Simeone ilə bağlı mühüm qərar verməyə hazırlaşır.

Msport.az xəbər verir ki, argentinalı mütəxəssis Madrid komandasını 2011-ci ilin dekabrından çalışdırır və uzun illərdir komandanın “sükanı arxasında”dır.

Klub rəhbərliyi onun fəaliyyətindən razıdır və müqavilənin müddətinin uzadılması variantını nəzərdən keçirir. “Atletiko” yaz aylarında ölkə kuboku və ya hansısa digər titul qazanarsa, Simeoneyə əla şərtlərlə yeni müqavilə təklif olunacaq.

Klubda hesab edirlər ki, yaxın bir-iki il ərzində məhz Simeonenin rəhbərliyi altında UEFA Çempionlar Liqasını qazanmağa iddialı kollektiv formalaşdırmaq mümkündür.

55 yaşlı mütəxəssisin klubla hazırkı müqaviləsinin müddəti 2026/27 mövsümünün sonuna qədərdir.

Bənzər xəbərlər