featured-image-1666

II Autizm Festivalı çərçivəsində idman yarışları davam edir.

Msport.az xəbər verir ki, Azərbaycan Autizm Assosiasiyası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil olunacaq II Autizm Festivalı çərçivəsində daha bir yarış keçirib.

Bu dəfə autizmli uşaqlar Veloparkda velosiped idmanı üzrə bacarıqlarını nümayiş etdiriblər. 3 yaş qrupu üzrə təşkil olunan sınağa 50-yə yaxın iştirakçı qatılıb.

Mübarizənin sonunda 6-9 yaş qrupunda Məhəmməd Əsgərov 1-ci yeri tutub. Amin Şirinov 2-ci, Amin Əlizadə isə 3-cü yeri tutub.

9-13 yaş qrupunda Polad Məmmədli 1-ci olub. Murad Şirinov 2-ci, Elmir Şirinov 3-cü yeri tutub.

13 yaş üzəri idmançıların mübarizəsində isə Rza Bayramov hamıdan güclü olub. 2-ci yeri Hüseynəli Rəhimov tutubsa, Nihat Bədəlov 3-cü olub.

Xatırladaq ki, bundan əvvəl autizmli uşaqlar bocce və stolüstü tennis idmanı üzrə mübarizə aparıblar. Növbəti günlərdə isə atletika və futbol yarışları keçiriləcək.

Nəhayət, aprelin 28-də Bakıda Gənclər və İdman Nazirliyinin dəstəyi ilə II Autizm Festivalı təşkil olunacaq. Festival çərçivəsində keçirilən tədbirlərin məqsədi autizm barədə cəmiyyəti məlumatlandırmaq, autizmin xəstəlik yox, fərqlilik olduğu mesajını insanlara ötürməkdir.

Autizmin fərqindəyik, onların yanındayıq!

media-55ae95e3-8ca1-4fba-9654-d7f807428e09

Bənzər xəbərlər